Kemal Alispahiç rəqiblərini “Liverpul” və “Arsenal”la müqayisə etdi
27.10.2009 - 15:10
“Muğan”ın son oyunlarda uğursuz çıxışı səbəbsiz deyil. Bu, ilk növbədə heyətimizdəki ciddi itkilərlə bağlıdır”. Bu fikirləri apasport.az saytına açıqlamasında Salyanın “Muğan” klubunun baş məşqçisi Kemal Alispahiç deyib.
İkinci mövsümdür güclülər dəstəsində çıxış edən komanda cari Unibank Premyer Liqasında uğurlu startı, hətta bir müddət lider olması ilə yadda qaldı. Ancaq son dörd oyunda qələbə üzünə həsrət qalan Salyan təmsilçisi nəticədə turnir cədvəlində 7-ci pilləyə düşüb. Zədəlilərin çoxluğunu əsas gətirən Alispahiç ehtiyat qüvvənin azlığından və rəqiblərin futbolçularına qarşı kobud oynamasından gileylənir: “Heyətimizdə 4 futbolçunun yoxluğu çıxışımıza böyük təsir göstərdi. Bunlar müdafiəçilər Novruz Məmmədov, Cavad Mirzəyev, yarımmüdafiəçilər Vüsal Hüseynovla Arif İsayevdir. Bu cinah oyunçularının meydanda olması bizim üçün çox vacibdir. Novruz Bakıda cərrahiyyə əməliyyatı olunub, Cavad da belə aqibətlə üzləşə bilər. Biz son oyunlarımızı ciddi təhlil etmişik. “İnter”ə 1:6 hesablı ağır məğlubiyyət “Muğan”da ən pis günüm idi. Hesab edirəm ki, həmin gün meydanda mənim komandam deyildi. Yəni, futbolçular mən istədiyim oyunu nümayiş etdirmədi. Ardından evdə bu dəfə “Qarabağ”a uduzsaq da, hər halda, bərabər səviyyəli oyun idi və xal götürməyə layiq idik. Sadəcə, buraxdığımız yeganə topla uduzduq. “Olimpik”lə səfər oyununda isə nəhayət, məğlubiyyətsiz oyunlar seriyamıza son qoya bildik. Hərçənd həmin görüşdə bir neçə real qol imkanımız və qələbəyə layiq idik”.
İlk “altılığ”a düşmək uğrunda mübarizə aparan “Muğan”ın bosniyalı çalışdırıcısı heyətin güclənməsini vacib sayır. Ancaq digər tərəfdən, Alispahiç qış fasiləsinə qədər bunun mümkün olmadığını, hazırkı heyətlə kifayətlənəcəyini yaxşı başa düşür: “İndi necə deyərlər, əl-qolumuz bağlıdır. Çünki “transfer pəncərəsi” bağlıdır və ilin sonunda onun açılmasını gözləməliyik. Cəmi 3-4 aydır bu komanda ilə işləyirəm. Bu nəticə əldə etmək üçün qısa müddətdir. Həm də heyətimiz yuxarı pillələrdə yer alan komandalarla müqayisədə güclü deyil. Biz 13-14 futbolçu, rəqiblərimiz isə 23-24 futbolçu oynayır. Belə geniş heyətə malik güclü komandaları üstələmək isə çətindir. Misal üçün, İngiltərə Premyer Liqasında zəiflərə “Liverpul”, “Arsenal” kimi güclü komandalara qalib gəlmək nə qədər ağır olur. Düzdür, Rəvi Rəhmanov, Tagim Novruzov, Səbuhi Həsənov zədəli komanda yoldaşlarını layiqli əvəzləsə də, hər halda, ehtiyatda bundan çox futbolçu olmağını arzulayıram. Bizə böyük diqqət göstərən rəhbərliklə bununla bağlı söhbətim olacaq. Fikrimcə, hazırkı “Muğan” daxili arenada bütün komandalarla başabaş oynamaq gücündədir”.

0
0