“Şahin Diniyev Braziliya yox, Azərbaycan yığmasını çalışdırıb”
27.10.2009 - 15:59
Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyevin Rusiya Premyer Liqasındakı debütünə şimallı jurnalistlər də biganə qalmayıblar. Apasport.az saytının məlumatına görə, Qroznının “Terek” klubunun “Krılya Sovetov”a 0:2 hesabı ilə uduzmasından sonra samaralı həmkarlarımız qonaqların çalışdırıcısının oyun üslubuna toxunub. Onların fikrincə, qonaqlar ilk hissədə müdafiə futbolu oynayıblar: “Diniyev karyerası ərzində öz ölkəsinin milli komandasına da rəhbərlik edib. Lakin bu ölkə Braziliya yox, Azərbaycan adlanır. Mütəxəssislər yığmanın bu məşqçinin rəhbərliyi altında oynamasını da xatırlayırlar. Diniyevin yetirmələri meydanın rəqibə aid hissəsində nadir qonaq olurdular. Daha çox isə müdafiədə say çoxluğuna güvənirdilər. Elə 8 min samaralı azarkeş də Diniyevin yetirmələrinin eyni oyununun şahidi oldu. Ən azı onlar matçın əvvəllərində fəallıq haqda düşünmür, dağıdıcı oyuna bel bağlayırdılar”.
Samaralı həmkarımız ikinci hissədə Diniyevin taktikanı dəyişdiyini də qeyd edir: “İkinci hissədə Azərbaycan taktiki variantı “Terek”ə yaramırdı. Qol vurmaq, bunun üçün irəli getmək lazım idi. Qonaqlar da “Krılya Sovetov”u sıxmağı, bir neçə təhlükəli epizodla “Metallurq” stadionuna toplaşan azarkeşləri susdurmağı bacardı. Lakin bu təhlükə də o qədər ciddi deyildi”.

0
0