“Tabloya bax - 3:1 və heç vaxt unutma!” - FOTO
27.10.2009 - 17:39
Əzəli rəqibi “Qalatasaray” üzərində qələbə qazanan “Fənərbaxça” rəhbərliyi bu nailiyyətlə bağlı maraqlı ideyanı gerçəkləşdiriblər. Apasport.az saytının məlumatına görə, oktyabrın 25-də keçirilmiş oyundan sonra “sarı-lacivərdlilər” dərhal əməli fəaliyyətə başlayıblar. Onlar üzərinə derbini xatırlayacaq sözlər yazılmış qısaqollu köynək istehsalına start veriblər.
Köynəyin üzərinə ingiliscə bu sözlər həkk olunub: “Tabloya bax - 3:1 və heç vaxt unutma! 25 oktyabr 2009-cu il”. Bu geyimləri “Fənərbaxça”nın lisenziyalı məhsullarının satışını həyata keçirən “Fenerium” mağazalarından əldə etmək mümkündür.

0
0