Vaqif Qasımov “Olimpik-Şüvəlan” klubunun yeni prezidenti oldu
27.10.2009 - 21:21
Vaqif Qasımov “Olimpik-Şüvəlan” klubunun yeni prezidenti oldu
Ölkə mətbuatında Rəsul Rəsulovun “Olimpik-Şüvəlan” komandasının prezidenti postundan uzaqlaşdırılacağı barədə yayılan xəbərlər təsdiqlənib. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən klubdaxili iclasda Rəsulovun tutduğu vəzifədən kənarlaşdırılması komanda üzvlərinin diqqətinə çatdırılıb. Əvəzində Vaqif Qasımov kollektivə yeni prezident kimi təqdim olunub.

Baş məşqçi Əsgər Abdullayevin də istefaya göndəriləcəyi barədə xəbərlərə gəlincə, klubdan aldığımız məlumata görə, Qasımov onunla çalışmaqda maraqlıdır. Bu səbəbdən də məşqçilər korpusunda və digər vəzifələrdə hər hansı dəyişikliyin olacağı gözlənilmir.