Mahir Şükürov alman klubunda oynaya bilər
28.10.2009 - 00:03
Bakının “İnter” klubunun və Azərbaycan milli komandasının müdafiəçisi Mahir Şükürovun apasport.az saytına müsahibəsi
- Son vaxtlar adınız Rusiya klublarının ətrafında hallanır. Bununla bağlı konkret nə deyə bilərsiniz?
- Açığı, mən bu haqda saytlardan oxumuşam. Moskva “Dinamo”sunun mənimlə maraqlandığı barədə xəbərə rast gəlmişəm. Əlbəttə, bu barədə eşitmək sevindirici haldır. Bəlkə də gerçək oldu və təklif göndərdilər. Ancaq hazırda elə bir şey yoxdur. Bir müddət öncə “Rostov” və Nalçikin “Spartak” klublarına keçəcəyim variantları haqda da məlumatlar yayılmışdı. Elə “Terek” variantı haqda da mətbuatdan xəbər tutmuşam. Ancaq hələ ki xarici klubdan dəvət almamışam və keçidim gündəmdə deyil.
- “Terek”in vitse-prezidenti Haydar Alxanov saytımıza verdiyi müsahibədə bildirib ki, Azərbaycan - Rusiya oyununda Vaqif Cavadovu bəyənsə də, milli komandamızdan başqa bir futbolçunun çıxışından xoşu gəlib...
- Həmin müsahibədən xəbərim var. Bilirsiniz, bu variantların nə qədər real olub-olmadığını siz jurnalistlər daha yaxşı bilərsiniz. Hər halda, belə informasiyalar haqda mətbuat nümayəndələri xəbərdar olurlar. Əlbəttə, legioner həyatı yaşamaq istərdim və ölkədən kənarda oynamağa özümü hazır sayıram. Ancaq bunun gerçəkləşmə perspektivinə gələcək aydınlıq gətirəcək.
- Yaxınlarda “Terek”ə baş məşqçi təyin edilən Şahin Diniyevlə aranızda problem yoxdur ki?
- Xeyr, münasibətlərimiz qaydasındadır.
- Son vaxtlar Diniyevlə əlaqəniz olub?
- Yox, olmayıb. Hazırda həm Rusiyada, həm də bizdə çempionat gedir, başımız oyunlara qarışıb. Bütün diqqətimizi oyunlara yönəltmişik.
- Bəzi futbolçular adlarının müxtəlif xarici klubların ətrafında hallanmasında maraqlı olurlar. Bu, onlar üçün yaxşı reklam olsa da, reallıq başqa şeydən xəbər verir...
- Mən yalandan danışmağı xoşlamıram ki, ay məni filan komanda istəyir. Olan şeyi deyirəm. Özümü reklam etdirməyi sevmirəm, buna həvəsim də yoxdur. Öz oyunumla diqqət mərkəzində olmaq istəyirəm.
- Təklifləri dəyərləndirmək üçün sizin şəxsi meneceriniz varmı?
- Yoxdur. Amma milli komandamızın heyətində Almaniyada olduğum zaman baş məşqçi Berti Foqts bizi bir menecerlə tanış etdi. O, Foqtsun meneceridir, eyni zamanda Lotar Matteus, Mattias Zammer, Oliver Kan kimi tanınmış alman futbolçulara menecerlik edib. Həmin alman bizi diqqət mərkəzində saxlayacaq, öz köməyini göstərəcək. Bildiyiniz kimi, milli komandamız noyabrda Dubayda beynəlxalq turnirdə iştirak edəcək. Həmin menecer ora gəlib, bizimlə maraqlanacaq. Onun yaxşı əlaqələri var.
- Həmin menecer sizi hansı klublara keçidinizə vasitəçi ola bilər?
- Onun Almaniya, Rusiya, Ukrayna, Türkiyə, Hollandiya klubları ilə işbirliyi var. Bizimlə klub karyeramız haqda söhbətləşəcək. Dediyinə görə, super də olmasa, hər halda, yaxşı klublara bizi yerləşdirməyə çalışacaq. Maraq dairəsinə 3-4 futbolçu düşüb ki, onlardan biri mən ola bilərəm.
- Almaniya Bundesliqa klublarından hansınasa keçidiniz mümkün ola bilərmi?
- Ola bilər. Ölkədən kənarda yüksək liqada oynamaq istərdim.
- Çıxış etdiyiniz “İnter” hazırda liderdir və müqavilə bu kluba bağlısınız. Xaricdən konkret təklif gələrsə, sizi buraxacaqlarmı?
- Məncə, problem olmaz. Düzdür, “İnter”lə müqaviləm cari mövsümün sonuna qədərdir. Ancaq fikrimcə, xaricdə oynamağıma indiki klubum da çox sevinər. Hər halda, həmin komandaya “İnter”dən keçəcəyəm. Xaricdən təklif gələrsə, pulsuz buraxacaqlarını düşünürəm.

0
0