PFL 3 oyunun vaxtını dəyişdi
28.10.2009 - 09:33
Unibank Premyer Liqasının IX turunun oyunlarının başlanma vaxtı dəqiqləşib. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, bu turda 3 qarşılaşmanın vaxtı dəyişdirilib. Oktyabrın 30-da “Qarabağ” və “Xəzər-Lənkəran” arasında baş tutacaq mərkəzi matç nəzərdə tutulduğundan yarım saat gec start götürəcək. Ayın son günündə “Simurq” və “İnter” komandaları isə 4 saat gec meydana çıxacaqlar. Noyabrın 1-də oynanılacaq “Neftçi” - “Karvan” görüşü də 30 dəqiqə gec başlanacaq.
30 oktyabr (cümə)
"Qarabağ" - "Xəzər-Lənkəran"
Quzanlı qəsəbə stadionu. Saat 14:30
31 oktyabr (şənbə)
"Simurq" - "İnter"
Zaqatala şəhər stadionu. Saat 18:00
"Qəbələ" - "Bakı"
Qəbələ şəhər stadionu, süni örtüklü meydança. Saat 14:00
1 noyabr (bazar)
"Neftçi" - "Karvan"
İ.Qayıbov adına Bakıxanov qəsəbə stadionu. Saat 14:30
"Muğan" - "Turan"
Salyan Olimpiya Kompleksinin stadionu. Saat 14:00
"Standard" - "Olimpik-Şüvəlan"
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 14:00
30 oktyabr (cümə)
"Qarabağ" - "Xəzər-Lənkəran"
Quzanlı qəsəbə stadionu. Saat 14:30
31 oktyabr (şənbə)
"Simurq" - "İnter"
Zaqatala şəhər stadionu. Saat 18:00
"Qəbələ" - "Bakı"
Qəbələ şəhər stadionu, süni örtüklü meydança. Saat 14:00
1 noyabr (bazar)
"Neftçi" - "Karvan"
İ.Qayıbov adına Bakıxanov qəsəbə stadionu. Saat 14:30
"Muğan" - "Turan"
Salyan Olimpiya Kompleksinin stadionu. Saat 14:00
"Standard" - "Olimpik-Şüvəlan"
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 14:00
0
0