Azərbaycan futbolçuları üçün tanınmış rus hakim
28.10.2009 - 09:47
Azərbaycan futbolçuları üçün tanınmış rus hakim
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının oyununu idarə edəcək hakimlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yığmamızın Avropa çempionatının seçmə mərhələsində Avstriya ilə səfərdə keçirəcəyi qarşılaşma rusiyalı hakimlərə tapşırılıb. Noyabrın 18-də baş tutacaq matçda Aleksandr Qvardis fit çalacaq. Ona həmyerliləri Vitali Drozdov, Mixail Yerovenko və Eduard Malıy kömək edəcək.

Qeyd edək ki, Avstriya – Azərbaycan matçı yerli vaxtla saat 17:00-da, yəni Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.