“Neftçi” Zaur Tağızadəsiz qaldı
28.10.2009 - 10:36
“Neftçi” klubunun kapitanı Zaur Tağızadə bu gün səhər saatlarında Türkiyəyə yollanıb. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, 30 yaşlı yarımmüdafiəçi Ankarada cərrahiyyə əməliyyatı olunacaq.
Unibank Premyer Liqasının son iki turunda meydana çıxmayan Tağızadənin sağ dizində ciddi problem aşkar edilib. Futbolçunun dizindəki köhnə zədəsi cari mövsümün ilk turunda “Şəfa” stadionunun sintetik örtüklü meydançasında “Olimpik-Şüvəlan”la keçirilən oyundan sonra özünü büruzə verib. “Qarabağ”la Ağdamdakı görüşdə zədələnən kapitan “Qəbələ” və “Bakı” ilə oyunları buraxmalı oldu. Komandanın həkimlərinin müayinəsindən sonra məlum olub ki, diz oynağında problem artaraq 3-cü dərəcəli yırtıq və arxa çarpaz bağın ödemi əmələ gəlib.
Buna görə də “Neftçi”nin rəhbərliyi futbolçunun Türkiyənin paytaxtı Ankarada əməliyyat olunmasına şərait yaradaraq, bütün xərcləri öz üzərinə götürüb. Tağızadə professor-doktor Mehmet Binnət tərəfindən əvvəlcə müayinə, daha sonra isə əməliyyat olunacaq.
Qeyd edək ki, karyerası boyu dəfələrlə ciddi zədə problemi olan, uzun müddət yaşıl meydandan kənarda qalan Tağızadə bir neçə dəfə cərrahiyyə masasına uzanıb. O, buna qədər də Türkiyədə əməliyyat olunub.

0
0