Futbolun yaradıcılarından yığmamıza futbol dərsi - YENİLƏNİB
28.10.2009 - 17:04
Futbolun yaradıcılarından yığmamıza futbol dərsi - YENİLƏNİB
17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının da yer aldığı I qrupda bu gün keçirilən hər iki matçı başa çatıb.

Qarşılaşmaları Bakıda keçirilən qrupun ikinci turu serbiyalıların qələbəsi ilə başa çatıb. İlk matçında yığmamızla qolsuz heç-heçə edən balkanlılar Qazaxıstan yığmasının müqavimətini qırıb – 1:0. Bu qələbə ilə serblər bir neçə saatlıq liderliyə yüksəlib.

Günün ikinci matçında isə yığmamız İngiltərə ilə qarşılaşıb. Futbolun yaradıcıları görüşün taleyini fasiləyədək həll edib. Yarım il əvvəl 16 yaş 11 günlüyündə “İpsviç”in əsas heyətində debüt etməklə, klubun tarixinə ən gənc oyunçu kimi düşən Konnor Uikhem 40 dəqiqəyə 3 qol vurmaqla ikinci hissəni formallığa çevirib. Qələbə ilə ikinci seçmə mərhələyə vəsiqəni təmin edən britaniyalıların matçdakı son qolunu isə “Arsenal”ın gənc istedadı Benik Afobe vurub. İndi Oliver Pelzerin yetirmələrinin taleyi öz əllərində deyil. Yığmamız Qazaxıstanı udmaqla yanaşı, ingilislərin Serbiyanı məğlub etməsini arzulamalıdır.

Serbiya – Qazaxıstan - 1:0
Qol: Rudiç, 51

Azərbaycan - İngiltərə - 0:4
Qollar: Konnor Uikhem, 17; 29-pen.; 39; Benik Afobe, 67

1

İngiltərə

2

2

0

0

10-2

6

2

Serbiya

2

1

1

0

1-0

4

3

Azərbaycan

2

0

1

1

0-4

1

4

Qazaxıstan

2

0

0

2

2-7

0


Qeyd edək ki, qrupda sonuncu turun oyunları oktyabrın 31-də keçiriləcək: Azərbaycan – Qazaxıstan, İngiltərə - Serbiya.