Tuncay Şanlı ölümdən döndü
28.10.2009 - 14:48
Tuncay Şanlı ölümdən döndü
Türkiyə yığmasının kapitanı Tuncay Şanlı ölümdən dönüb. Apasport.az saytının məlumatına görə, 27 yaşlı futbolçunun şərəfini qoruduğu “Stok Siti” klubunun futbolçuları hava qəzasında həlak ola bilərmiş.

İngiltərə Liqa Kubokunda “Portsmut”a ağır məğlubiyyətdən (0:4) sonra komandanı evə qaytaran təyyarənin mühərrikində nasazlıq yarandığı üçün məcburi eniş edib. Nəticədə Sautgempton hava limanından başlayan çarter reysi mənzil başına çatmayıb və Qetvik şəhərciyinə enib. Gecə yarısı futbolçulardan kimsə təyyarənin salonunda yanacaq iyi hiss edib. Bunu görən ekipajın kapitanı yaxınlıqda ola hava limanında eniş etməyi qərara alıb.

Xoşbəxtlikdən xəsarət alan olmayıb və Tuncay komanda üzvləri ilə birgə ölümdən qurtulub. Ancaq “Stok Siti”lilər səfəri təyyarə ilə davam etdirə bilməyib və evə qatarla gediblər.