Azərbaycan Uels yığmasını məğlub etdi - YENİLƏNİB
28.10.2009 - 15:57
Qadınlardan ibarət Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirir. Apasport.az saytının məlumatına görə, dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində mübarizə aparan yığmamız ikinci matçında Uelslə qarşılaşır.
Turnirdəki debüt matçında İsveç futbolçularına 0:3 hesabı ilə uduzan Şamil Heydərovun yetirmələrinin bu dəfəki rəqibi skandinaviyalılar qədər güclü deyil. Buna baxmayaraq, xorvatiyalı Mariya Marqarita Damyanovanın idarə etdiyi görüşdə hesabı britaniyalılar açıb. 28-ci dəqiqədə Elen Lander qonaqları hesabda irəli çıxarıb – 0:1. Ruhdan düşməyən millimiz 5 dəqiqə sonra Anna Atayevanın qolu ilə hesabda tarazlıq yaradıb – 1:1. Bu qol millimizin dünya çempionatlarının seçmə mərhələləri tarixində ilk qol kimi düşüb. 43-cü dəqiqədə isə Olqa Qazıyeva millimizi hesabda irəli çıxarıb – 2:1.
Bu, oyunda vurulan son qol olub və komandamız qarşılaşmadan qalib ayrılıb.
Qeyd edək ki, bu gün qrupumuzda daha bir oyun - Belçika – İsveç matçı da keçiriləcək.

1 | İsveç | 2 | 2 | 0 | 0 | 5-1 | 6 |
2 | Azərbaycan | 2 | 1 | 0 | 1 | 2-4 | 3 |
3 | Belçika | 2 | 1 | 0 | 1 | 2-2 | 3 |
4 | Uels | 4 | 1 | 0 | 3 | 4-5 | 3 |
5 | Çexiya | 2 | 1 | 0 | 1 | 2-3 | 3 |

0
0