“Qızlar bunu yerinə yetirmədilər”
28.10.2009 - 17:44
“Qızlar bunu yerinə yetirmədilər”
“Qarşılaşmanın yalnız birinci hissəsində yaxşı oynadıq”. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, bu sözləri qadınlardan ibarət Uels milli komandasının baş məşqçisi Adrian Tuker deyib.

Dünya çempionatının bu gün keçirilən seçmə oyununda Azərbaycan yığmasına 1:2 hesabı ilə uduzan britaniyalıların çalışdırıcısı nəticəni qanunauyğun sayır: “Hətta qol da vurduq. Ancaq sonradan oyuna nəzarəti itirdik. İkinci hissədə Azərbaycan millisinin müdafiə xəttini yarmaqda çətinlik çəkdik.

Futbolçularıma uzaqdan zərbələr endirməyi tapşırsam da, bunu yerinə yetirə bilmədilər”.