Yığmamızın baş məşqçisi: Yağış məni narahat edirdi
28.10.2009 - 17:49
“İsveç millisi ilə oyundan fərqli, bu matçda futbolçular daha xoş təsir bağışladılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın qadınlardan ibarət milli komandasının baş məşqçisi Şamil Heydərov deyib.
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilən oyunda Uels yığması üzərində 2:1 hesablı əzmkar qələbə qazanan qadınlarımız ötən həftəsonu həmin arenada İsveç millisinə böyük hesabla uduzmuşdu – 0:3. Heydərovu cari seçmə mərhələdə ilk qələbə qazandığı görüşdə narahat edən məsələ da varmış: “Məni narahat edən əsas məsələ havanın yağmurlu olması idi. Nəticədə hər şey bizim üçün yaxşı oldu. Oyun haqda onu deyə bilərəm ki, layiq olduğumuz qələbəni qazandıq”.

0
0