“Azərbaycan yığmasında inkişaf hiss olunur”
29.10.2009 - 09:29
“Azərbaycan yığmasında inkişaf hiss olunur”
“Azərbaycanla oyuna heç də yaxşı başlamadıq. Bunun nəticəsi olaraq, rəqib ilk 20 dəqiqədə 2 real qol vəziyyəti yaratdı”. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət İngiltərə milli komandasının baş məşqçisi Con Pikok deyib.

Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan yığmasını 4:0 hesabı ilə məğlub edən britaniyalıların çalışdırıcısı yetirmələrindən razı qalıb: “Hesabı açdıqdan sonra isə oyuna nəzarəti tamamilə ələ aldıq. Azərbaycanın Serbiya ilə oyununu izləmişdim. Komandanızda inkişaf hiss olunur. Serblərlə son görüşdə də qələbə qazanmağa çalışacağıq”.