Belçika yığması Bakıya məğlub durumda gəlir
29.10.2009 - 10:25
Belçika yığması Bakıya məğlub durumda gəlir
Qadın futbolçulardan ibarət milli komandalar arasında dünya çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının yer aldığı Avropa zonasının VIII qrupunda daha bir qarşılaşma baş tutub.

Ötən həftə Bakıda futbolçularımızı 3:0 hesabı ilə məğlub edən İsveç növbəti qələbəsini qazanıb. Skandinaviyalılar bu dəfə Belçikada coşub. Tomas Dennerbyunun yetirmələri meydan sahiblərinə dərs keçməklə, qrupun şəksiz favoriti olduqlarını sübut ediblər – 4:1. Maraqlıdır ki, Bakıdakı matçda dubla imza atan Karolin Seqer bu dəfə də komandasının ilk 2 qolunun müəllifi olub. Cessika Landstryom isə ardıcıl üçüncü qarşılaşmanı da qol vurmağı bacarıb.

Qeyd edək ki, qrupumuzda növbəti oyun noyabrın 22-də keçiriləcək. Millimiz İsveç qarşısında diz çökən Belçikanı qəbul edəcək.

1

İsveç

3

3

0

0

9-2

9

2

Azərbaycan

2

1

0

1

2-4

3

3

Belçika

3

1

0

2

3-6

3

4

Uels

4

1

0

3

4-5

3

5

Çexiya

2

1

0

1

2-3

3