Azarkeş olasan, belə fərasətli!? – VİDEO
29.10.2009 - 18:00
Azarkeş olasan, belə fərasətli!? – VİDEO
İngiltərə Liqa Kuboku çərçivəsində keçirilən “Barnsli” - “Mançester Yunayted” matçında kuryoz hadisə baş verib. Apasport.az saytının məlumatına görə, İngiltərə mətbuatının diqqətini nə qonaqların 2:0 hesablı qələbəsi, nə də “qırmızı şeytanlar”dan Qari Nevillin qırmızı vərəqə alması çəkib. Media nümayəndələri daha çox oyunda baş verən kuryoz hadisədən yazırlar.

Belə ki, qarşılaşmadan öncə azarkeşlər stadionunun yaxınlığındakı mağazanı soymuşdular. Görüş zamanı da fanatlar fəallıqları ilə seçiliblər. Onlardan ikisi hətta matçın uzatma dəqiqələrində meydançaya da daxil olublar. “Mançester Yunayted”in qapıçısı Ben Foster topu oyuna daxil edərkən, öncə bir azarkeş özünü meydançaya atıb. O, topu qapıya vurmaq istəyərkən, sürüşüb yıxılıb. Bu zaman Foster də azarkeşin qol vurmasına əngəl törətməyə çalışıb. Ancaq ikinci azarkeş meydançaya daxil olduqdan “Mançester Yunayted” qapısını “toxunulmaz” saxlaya bilməyib. Birinci azarkeşin ötürməsini ikinci fanat əla zərbə ilə qapıdan keçirib. Onlara “mükafat”ı isə təhlükəsizlik xidmətinin işçiləri veriblər. Komandalarının yeganə “qol”una imza atan azarkeşlər dərhal meydançadan uzaqlaşdırılıblar.

Artıq İngiltərə Futbol Assosiasiyası araşdırmalara başlayıb. Böyük ehtimalla, “Barnsli” klubu assosiasiyanın cəzasından yaxasını qurtara bilməyəcək. Bu arada polis Barnsli - Şeffild qatarını saxlayıb, özlərini relsə atan iki azarkeşi də həbs edib.
0