Mahmud Qurbanovu sevindirən qapıçı yığmadan getdi
31.10.2009 - 14:45
2010-cu il dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan milli komandasının rəqibi Finlandiya yığmasının qapıçısı Yussi Yaskelaynen qəti qərara gəlib. Apasport.az saytının məlumatına görə, İngiltərənin “Bolton” klubunun qapıçısı 34 yaşında yığma karyerasını bitirdiyini elan edib.
“Fikrimcə, indi gənc fin qapıçılara beynəlxalq səviyyədə oynamaq şansı vermək üçün doğru vaxtdır. Bred Fridel, Ceyms Karrager, Pol Skoulzun milli komandada çıxışlarını bitirdikdən sonra karyeralarındakı sıçrayışla bağlı nümunələr göz qabağındadır. Mən də ümid edirəm ki, qərarım “Bolton”da hələ uzun illər oynamağıma imkan verəcək”.
Qeyd edək ki, milli komandamıza qarşı bir neçə dəfə forma geyinmiş Yaskelaynen Mahmud Qurbanovla Elvin Məmmədovun karyeralarında xüsusi yer tutur. Axı hər iki yarımmüdafiəçi yığmamızın heyətində rəsmi oyunda ilk qollarını məhz bu qapıçıya vurublar. 36 yaşlı Mahmud Yussini iki il öncə Helsinkidə məyus edib. Yeri gəlmişkən, bu, Qurbanovun artıq dəvət almadığı milli komandamızda yeganə qoludur. 21 yaşlı Elvin isə finlərlə son seçmə mərhələdə Lənkəranda keçirilən görüşdə fərqlənib. Maraqlıdır ki, hər iki oyunda hesabı açsaq da, sonradan iki top buraxaraq eyni nəticə ilə uduzmuşuq - 1:2.

0
0