Bülənt Korkmaz: Bu cür oyun sistemi mənə yaddır
31.10.2009 - 16:50
“Bu gün oyun istədiyimiz kimi alındı. Hesab arasındakı fərq daha böyük ola bilərdi. Çünki 4-5 real qol şansımız oldu”. Apasport.az saytının xəbərinə görə, bunu “Bakı” klubunun baş məşqçisi Bülənt Korkmaz deyib.
“Qəbələ” ilə oyundan sonra təşkil edilən mətbuat konfransında türk çalışdırıcı bildirib ki, qələbə qazanmalarına baxmayaraq, narazı qaldığı məqam da olub: “Birinci hissədə qol vurmaq istəyirdik. Bilirdik ki, bu halda fasilədən sonra işimiz bir qədər asan olacaq. Belə də oldu. Yalnız ikinci hissədə oyunçularımın geri çəkilməsi məni qane etmədi. Çünki bu cür oyun sistemi mənə yaddır. Bununla belə, fasilədən sonra daha bir qol vuraraq, vacib qələbə qazandıq”.

0
0