Gəncə Regional Futbol Federasiyası bəyanat yaydı
31.10.2009 - 17:27
“Biz “Gəncə” Peşəkar Futbol Klubunun həm rəhbərliyinə, həm də baş məşqçisinə tam inanırıq və etibar edirik. Yeni yaranan komanda inkişaf mərhələsindədir, bundan sonra da Azərbaycan futboluna öz töhfəsini verəcək”. Apasport.az saytının xəbərinə görə, bu bəyanatla Gəncə Regional Futbol Federasiyasının rəhbəri Xanlar Fətiyev çıxış edib.
O “Gəncə”nin baş məşqçisi Fuad İsmayılovun istefaya göndəriləcəyi barədə yayılan şayiələrə cavabında bildirib ki, komandanın son 2 oyunda məğlubiyyətə uğraması heç də bu klubun zəif oyun nümayiş etdirməsi ilə əlaqədar deyil: “Mən həm Gəncədə "Bakılı", həm də Bakıda "Neftçi” İSM ilə oyunu özüm canlı izləmişəm. "Gəncə" yetərincə yaxşı futbol oyun nümayiş etdirdi. Lakin "Bakılı" ilə oyunda penaltilərin verilməməsi, "Neftçi " ilə oyunda komandanın qapıçısı Xəyal Zeynalovun oyunda qırmızı kart ilə kənarlaşdırılması sonda nəticəyə öz təsirini göstərdi. Bu oyunlar zamanı bir sıra neqativ halların baş verdiyi barədə yayılan söz-söhbətlərə isə biz fikir vermirik. AFFA rəhbərliyində olduğu kimi, biz də işlərimizi müasir qaydalara uyğun qurmuşuq və köhnə metodları ləğv etməyə üstünlük veririk. Biz istəyirik ki, "Gəncə" hər bir çətinliyə baxmayaraq, yaxşı futbol nümayiş etdirərək qalib gəlsin”.
Fətiyev əlavə edib ki, "Gəncə"nin baş məşqçisi Fuad İsmayılovla 3 illik müqavilə imzalanıb və yaxın 3 ildə bu məsələyə baxmaq fikrində deyil. Biz hesab edirik ki, Fuad İsmayılov işinin öhdəsindən gəlir: “Klub yeni bərpa olunub. Artıq yanaş-yavaş formalaşmağa başlayır. Futbolda hər hansı bir-iki nəticə baş məşqçi barədə sərt qərar çıxarmağa əsas vermir. Avropada da bu belədir. Əgər hansısa tanınmış komanda bir neçə dəfə uğursuzluqla qarşılaşırsa, həmin dəqiqə baş məşqçini istefaya göndərmirlər. Biz inanırıq ki, komanda milli çempionatda yenə liderliyini bərpa edəcək”.

0
0