Milli komandamız Qazaxıstanı məğlub etdi
31.10.2009 - 17:46
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin Bakıda təşkil olunan 1-ci qrupunun oyunları bu gün başa çatıb. Apasport.az saytının xəbərinə görə, son oyun günündə İngiltərə – Serbiya və Qazaxıstan – Azərbaycan qarşılaşmaları keçirilib.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda ingiltərəli futbolçular serbiyalı həmyaşıdları üzərində 1:0 hesablı qələbə qazanıblar. Bu nəticədən sonra İngiltərə yığması qrup qalibi kimi növbəti mərhələyə vəsiqə qazanıb. Məğlub olmasına baxmayaraq, ikinci pilləni tutan Serbiya yığması da ikinci seçmə mərhələdə mübarizə aparmaq hüququ əldə edib.
Tofiq Bəhramov adına Respublika stadionunda Qazaxıstan komandası ilə qarşılaşan yığmamız 3:1 hesabı ilə rəqibini məğlubiyyətə uğradıb. Hesabı 46-cı dəqiqədə Ruslan Tağızadə açıb. 3 dəqiqə sonra Nikita Utrobinin fərqlənməsi sayəsində hesab bərabərləşib. 72-ci dəqiqədə Hacı Əhmədov penalti zərbəsini dəqiq yerinə yetirməklə yığmamızı yenidən irəli çıxarıb. Qarşılaşmanın 80-ci dəqiqəsində vurulan son qolun müəllifi Abdulla Abatsiyev olub.
26 oktyabr
İngiltərə - Qazaxıstan - 6:2
Serbiya - Azərbaycan - 0:0
28 oktyabr
Serbiya - Qazaxıstan - 1:0
Azərbaycan - İngiltərə - 0:4
31 oktyabr
İngiltərə - Serbiya - 1:0
Qazaxıstan - Azərbaycan - 1:3
1 İngiltərə 3 3 0 0 11-2 9
2 Serbiya 3 1 1 1 1-1 4
3 Azərbaycan 3 1 1 1 3-5 4
4 Qazaxıstan 3 0 0 3 3-10 0

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0