“Neftçi” etiraz edir: Bu, tamamilə yanlış və həqiqətə uyğunluğu olmayan xəbərdir
31.10.2009 - 18:13
"Neftçi" rəhbərliyi ölkə mətbuatında 13 futbolçusunun komandadan uzaqlaşdırılacağı barədə yayılan xəbərlərə etiraz edir. Apasport.az saytının xəbərinə görə, bununla bağlı klubun yaydığı bəyanatda bildirilir ki, yayılan məlumatlar yanlışdır: “Ölkə mətbuatında “Neftçi”nin 13 futbolçusunun komandadan çıxarılacağı ilə bağlı məlumat yayılıb. “Neftçi” PFK olaraq bildiririk ki, bu, tamamilə yanlış və həqiqətə heç bir uyğunluğu olmayan xəbərdir. Klubun rəhbərliyi hazırda komandada çıxış edən hər bir futbolçuya dəyər verir və inanır. Bəyan edirik ki, “Neftçi” PFK heyətində çıxış edən hər bir futbolçu ilə yollarını davam etdirəcək. Gələcəkdə isə transfer olunacaq futbolçuların əksəriyyətinin gənc və perspektivlilər arasından seçiləcəyi nəzərdə tutulur”.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0