Pokora: Həmin hakimin səviyyəsi futbolçuların səviyyəsindən çox aşağı idi
31.10.2009 - 23:40
“Oyun haqda çox danışmaq istəmirəm. Özünüz hər şeyi gördünüz. Həmkarımın da dediyi kimi, “Simurq”u Zaqatalada məğlub etmək heç də hər klubun işi deyil. Bunu da bugün sübut etdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”lə oyunsonrası mətbuat konfransında “Simurq”un baş məşqçisi Roman Pokora deyib. Ukraynalı mütəxəssis hakimlikdən narazı qaldığını bildirib: “Hakimlikdən çox narazı qaldım. Vüsal Əliyevin idarəçiliyi yaxşı idi. Lakin onu əvəzləyən Rasim Məmmədov oyunu çox aşağı səviyyədə idarə etdi. Mən deyərdim ki, həmin hakimin səviyyəsi futbolçuların səviyyəsindən çox aşağı idi”.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0