Azərbaycandan 3 futbolçuya dəvət
02.11.2009 - 09:42
Azərbaycandan 3 futbolçuya dəvət
Futbol üzrə Latviya milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Aleksandr Starkov noyabrın 14-də keçiriləcək yoldaşlıq görüşünün hazırlığına 18 futbolçu çağırıb. Həmin gün Honduras yığmasının qonağı olacaq latviyalıların heyətinə Azərbaycan klublarında çıxış edən 3 oyunçu da cəlb olunub. Bunlar “İnter”in üzvü Andrey Rubin ilə Girts Karlson, həmçinin “Simurq”un şərəfini qoruyan Gennadi Solonitsindir.

Qeyd edək ki, dünya çempionatının seçmə qrup mərhələsində mübarizəni dayandıran Latviyadan fərqli, Honduras 2010-cu ildə CAR-da baş tutacaq final mərhələsinə vəsiqə qazana bilib.