Futbolda nadir hadisə - FOTO
02.11.2009 - 10:25
Türkiyə Superliqasının son turu çərçivəsində keçirilən “Antalyaspor” - “Bursaspor” matçında maraqlı hadisə baş verib. Apasport.az saytının məlumatına görə, meydan sahiblərinin qapıçısı, eyni zamanda kapitanı Ömər Çatkıç rəqib komandanın 54-cü dəqiqədə yerinə yetirdiyi künc zərbəsi zamanı zədələnib. Ömərin zədələnməsi hamıdan çox oyunu tribunadan izləyən həyat yoldaşı Özgə Çatkıçı təsirləndirib. Futbolçunun xanımı ərinin yerdən qalxa bilmədiyini görəndə ağlamağa başlayıb.
Hər halda, hadisələrin sonrakı gedişatı Özgənin ürəyincə olub. Həkim müdaxiləsindən sonra Ömərin ayağa qalxması və oyunu davam etdirməsi onun xanımının sevincinə səbəb olub. Yaşıl meydanlarda rast gəlinən nadir hadisə - futbolçunun həyat yoldaşının ağlamasına səhnə olan bu görüş 1:1 hesabı ilə nəticələnib.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0