Öncə bəstəkar oğlu, sonra Samir Musayev - ARAŞDIRMA
02.11.2009 - 11:01
Azərbaycan Unibank Premyer Liqasının 2009/10 mövsümündə ilk het-trik IX tura təsadüf edib. Apasport.az saytının məlumatına görə, Tovuzun “Turan” klubunun hücumçusu Samir Musayev Salyanda “Muğan”la görüşdə vurduğu 3 qolla (15-ci, 28-ci və 59-cu dəqiqələrdə) matçın qəhrəmanı olub - 3:2. Bununla da uzun müddət davam edən susqunluğu pozan Samir cari mövsümdən etibarən şərəfini qoruduğu “Turan”da qol hesabını da açıb.
Milli çempionatlarımız tarixində bundan öncəki het-trik 174 gündən əvvəl qeydə alınmışdı. Sonuncu dəfə bir oyunda 3 qolu bəstəkar Nadir Əzimovun oğlu Nəriman vurub. “Olimpik-Şüvəlan”ın formasını geyinən 23 yaşlı hücumçu ötən mövsümün XXV turunda MOİK-lə “Şəfa” stadionunda keçirilən görüşdə 30-cu, 41-ci və 54-cü dəqiqələrdə rəqib qapısına yol tapıb (6:1). Yeri gəlmişkən, Samir Musayev də həmin vaxt “Olimpik-Şüvəlan”ın heyətində yer almışdı, lakin o, komanda yoldaşının het-trik etdiyi matçda sonadək ehtiyatda yer alıb.
Ötən mövsüm Premyer Liqamızda ilk het-trik isə bundan çox erkən, artıq II turda reallaşmışdı. Maraqlıdır ki, həmin vaxt het-trikin müəllifi MOİK üzərində “Şəfa” stadionunda qazanılan böyük hesabla qələbədə (3:0) fərqlənib. Söhbət “Qəbələ”nin iranlı hücumçusu Fərzad Hatəmidən gedir. Əlsən azərbaycanlı Fərzada ordu klubu ilə ötən il avqustun 17-də keçirilən oyunda het-trik etmək üçün cəmi 13 dəqiqə (63-cü, 69-cu, 76-cı dəqiqələrdə) kifayət etmişdi. “Qəbələ”də bir illik çıxışından sonra bu yay vətəninə dönən Hatəmi indi Tehranın “Sepahan” klubunda qolçuluq bacarığını nümayiş etdirir.
Qeyd edək ki, Samir Musayev son turda etdiyi het-triklə milli çempionatlarımız tarixində vurduğu qolların sayını 87-yə çatdırdı. 30 yaşlı futbolçu bu göstəriciyə meydana çıxdığı 263 oyunda nail olub.

0
0