Asim Xudiyev Sloveniyaya gedir
02.11.2009 - 11:18
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev yeni təyinat alıb. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, həmyerlimiz 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa şahidlik edəcək. Xudiyev noyabrın 13-də Sloveniyanın Novo Qoritsa şəhərində yerli komandanın Malta ilə matçında hakim-inspektor funksiyasını yerinə yetirəcək. “Sportni Park” stadionunda baş tutacaq qarşılaşmanı yunanıstanlı hakimlər briqadası idarə edəcək.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0