Böyükağa Hacıyevə yetirməsindən “hədiyyə”
02.11.2009 - 11:30
Böyükağa Hacıyev Sumqayıtın “Standard” klubunun baş məşqçisi postunda debütdə yetirməsindən “hədiyyə” alıb. Apasport.az saytının məlumatına görə, son turda “Olimpik-Şüvəlan”a səfərdə “Standard” üzərində qələbə qazandıran (1:0) futbolçu Tərlan Xəlilov Hacıyevə çox yaxşı tanışdır. Sumqayıtdakı oyunda yeganə qolun müəllifi olan 25 yaşlı yarımmüdafiəçi vaxtilə bu mütəxəssisin rəhbərliyi altında “Bakı” klubunda oynayıb.
Özü də Xəlilovu paytaxt təmsilçisinə məhz Hacıyev transfer etmişdi. İndi Tərlan cari mövsümdən şərəfini qoruduğu “Olimpik”də qol hesabını keçmiş baş məşqçisi ilə görüşdə açıb. Daha bir maraqlı məqam isə ondan ibarətdir ki, Xəlilov bunu özünə yaxşı tanış olan stadionunda gerçəkləşdirdi. Axı bu futbolçu Sumqayıtda Mehdi Hüseynzadə adına şəhər stadionunda yerli “Gənclərbirliyi” klubunda çıxışı ilə daha çox tanınıb.
Qeyd edək ki, 51 yaşlı Hacıyev Unibank Premyer Liqasının cari mövsümündə debüt edən 3-cü baş məşqçidir. Buna qədər türkiyəli Bülənt Korkmaz “Bakı”, Vaqif Sadıqov isə “Neftçi”nin sükanı arxasında ilk oyununu keçirmişdi. Yeni baş məşqçilərdən milli komandamızın sabiq çalışdırıcıları eyni uğursuzluğa düçar oldu. Yəni Sadıqov və onun yığmamızda köməkçisi olmuş Hacıyev 0:1 hesablı məğlubiyyət aldılar. Korkmaz isə ilk qarşılaşmada “Turan”la görüşdə minimal hesablı qələbə qazanıb.

- Portuqaliya-Kolumbiya: Matçın ən yaxşı oyunçusu qapıçı oldu
- DÇ-2026: 1/16-da növbəti matç: Belçika-Seneqal
- Kolumbiya - Qana: DÇ-2026-da daha bir 1/16 final cütü bəlli oldu
- Messi - Ronaldo dueli təxirə düşdü - Yalnız finalda üz-üzə gələ bilərlər
- Cənubi Koreya üçün DÇ-2026 bitdi - Pley-off şansını itirdi
0
0