Bernard Lippertin həmyerlisi qapıları səhv saldı
02.11.2009 - 12:01
Almaniya Bundesliqasının son turunda maraqlı hadisə baş verib. Apasport.az saytının məlumatına görə, Frankfurtun “Ayntraxt” klubunun müdafiəçisi Mayk Frants “Bohum”la oyunun qəhrəmanı olub. 28 yaşlı futbolçu matç boyu eyni qapıya qol vurmaqla yadda qalıb.
Mayk 25-ci dəqiqədə öz qapıçısını məyus etməklə hesabı bərabərləşdirib - 1:1. Bununla azarkeşlərin lənətini qazanan müdafiəçi fasilədən sonra, daha dəqiqi 53-cü dəqiqədə yenə həmin qapıya qol vurub. Lakin artıq qapılar dəyişdiyindən, Maykın ikinci qolu Frankfurt təmsilçisinə qələbə gətirib - 2:1.
Qeyd edək ki, “Ayntraxt” klubu Azərbaycan futboluna yaxşı tanışdır. AFFA ilə əməkdaşlıq haqda müqavilə bağlayan frankfurtluların bazası dəfələrlə futbolçularımızı qəbul edib. Həmçinin 19 və 21 yaşadək futbolçulardan ibarət yığmalarımızın baş məşqçisi Bernard Lippert də uzun illər bu komandada çalışıb.

0
0