Son 50 ildə ən uğursuz nəticə
02.11.2009 - 13:22
Rafael Benitesin “Liverpul” klubunun baş məşqçi postundan istefası artıq bu həftə reallaşa bilər. Apasport.az saytının məlumatına görə, İngiltərə Premyer Liqasının son turunda “Fulhem”ə məğlubiyyət (1:3) komandanın müxtəlif turnirlərdə keçirdiyi son 7 oyununda 6-cı yenilgisi olub. Bu, “Luverpul”un tarixində ən pis nəticələrdən sayılır.
“Mançester Yunayted” kimi ən çox ölkə çempionluğunu qazanan Liverpul komandanın son 50 ildə belə uğursuz seriyası olmayıb. Düzdür, Benitesə 3 oyunluq şans verilib. Ancaq digər tərəfdən, “Liverpul” Çempionlar Liqasının (ÇL) IV turu çərçivəsində 2 gün sonra səfərdə Fransanın “Lion” klubuna uduzacağı halda, turnirlə vidalaşmalı olacaq. Bu isə 49 yaşlı ispan mütəxəssisin istefasını böyük ehtimalla, şərtləndirəcək.
Qeyd edək ki, Benitesin son 5 ildə çalışdırdığı “Liverpul”da ən böyük uğur ÇL-in qalibi (2005-ci ildə) olmasıdır.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0