“Azercell U-17 liqa”: “Qarabağ”dan başqa hamıya start!
02.11.2009 - 14:38
Bu gün “Azercell U-17 liqa”nın püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, AFFA-nın inzibati binasında keçirilən tədbirə assosiasiyanın baş katibi Elxan Məmmədov, departament rəisi Bəhruz Əsgərov, qonaqlar, klub nümayəndələri, həmçinin mətbuat işçiləri qatılıblar.
Yarışın bu ay start götürüb, gələn ilin mayında başa çatacağını bildirən Elxan Məmmədovun çıxışından sonra “Azercell”in nümayəndəsi də nitq söyləyib. Ardından Bəhruz Əsgərov klublara ciddi xəbərdarlıq edərək, onların əsasnaməyə riayət etməsinin və təcili tibbi yardım maşınlarının oyunlara mütləq çağırılmasının vacibliyini vurğulayıb.
Daha sonra “Azercell”in nümayəndəsi və veteran futbolçu Nazim Süleymanovun iştirakı ilə püşk atılıb. Noyabrın 10-da keçiriləcək I turda “Qarabağ” istirahət edəcək:
“Turan” – “Neftçi İSM”
“Standard” – “Vətən”
“Simurq” – “MKT-Araz”
“Muğan” – “Xəzər-Lənkəran”
“Bakı” – “Neftçi”
“Qəbələ” - “Karvan”
“İnter” – “Olimpik-Şüvəlan”

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0