Klub prezidenti futbolçuları təhqir etdi
02.11.2009 - 14:55
Kiyevin “Dinamo” klubunun prezidenti İqor Surkis futbolçuları təhqir edib. Apasport.az saytının məlumatına görə, ölkə çempionatının XII turunda doğma meydanda “Karpatı” klubu ilə heç-heçədən (1:1) sonra özündən çıxan Surkis hirsini oyunçularını üstünə töküb. Əsəblərini cilovlaya bilməyən prezident final fiti səslənən kimi, dərhal paltardəyişmə otağına yollanıb.
Komandaya yaxın mənbələrdən verilən məlumata görə, Surkis həmin məkanda çox emosional olub və 10-15 dəqiqə ərzində futbolçuları söyüb. Həmçinin, o, futbolçuları bir neçə dəfə özlərini toparlamağa çağırıb: “Çünki indi həlledici oyunların vaxtı çatıb”.
“Dinamo”nun baş məşqçisi Valeri Qazzayev də həmin vaxt əvvəldən sonadək paltardəyişmə otağında olub və prezidentinin coşqulu çıxışını sakitcə dinləyib. Milliyətcə osetin olan mütəxəssis Surkisin komandanın öz meydanında xal itirməməsi fikri ilə razılaşıb. Söhbətin sonunda prezidenti səsi yumşalıb. Artıq həmin vaxt futbolçulara dost kimi müraciət edən Surkis onlara vəziyyətdən çıxış yolu kimi bir neçə variant təklif edib.
Xatırladaq ki, məşhur hücumçu Andrey Şevçenkonun lideri olduğu Kiyev “Dinamo”sunda əslən azərbaycanlı Aleksandr Əliyev də oynayır.

0
0