“Sərhədçi”də balacalarla görüş
02.11.2009 - 15:06
Bu gün “Qarabağ” klubunun rəhbərliyi “Sərhədçi” İdman Kompleksini ziyarət edib. Apasport.az saytının məlumatına görə, vitse-prezident Tahir Gözəl, direktor Əmrah Çəlikəllə yanaşı, klubun sponsoru “Azərsun Holdinq”in rəhbər heyətindən Rəhmi Yaşar və Ercan Alkan da görüşdə iştirak edib. Ağdamlılar bir müddət öncə müqavilə imzaladıqları bu idman qurğusunu uşaq futbolunun himayəsinə veriblər. “Sərhədçi”ni ziyarətdə əsas məqsəd tezliklə Azərbaycan çempionatında mübarizəyə başlayacaq U-13, U-15 və U-17-yə dəstək vermək olub.
- Portuqaliya-Kolumbiya: Matçın ən yaxşı oyunçusu qapıçı oldu
- DÇ-2026: 1/16-da növbəti matç: Belçika-Seneqal
- Kolumbiya - Qana: DÇ-2026-da daha bir 1/16 final cütü bəlli oldu
- Messi - Ronaldo dueli təxirə düşdü - Yalnız finalda üz-üzə gələ bilərlər
- Cənubi Koreya üçün DÇ-2026 bitdi - Pley-off şansını itirdi
0
0