Zədələnmiş hakim danışdı: Çaxnaşma yaratmağa ehtiyac yoxdur
02.11.2009 - 16:03
“Futbolçular kimi hakimlər də zədələnə bilər. Burada qeyri-adi heç nə yoxdur. Hər halda, biz də insanıq və yeri gələndə futbolçulardan da güclü məşq edirik”. Bu fikirləri apasport.az saytına açıqlamasında azərbaycanlı FİFA referisi Vüsal Əliyev deyib. Unibank Premyer Liqasının son turunda Zaqatalada yerli “Simurq”un “İnter”lə oyununa baş hakim təyin edilən 39 yaşlı beynəlxalq dərəcəli referi artıq matçın 15-ci dəqiqəsində problemlə üzləşib. Belə ki, Əliyev zədələndiyi üçün oyunu davam etdirə bilməyib və yerini gənc həmkarı, ehtiyat hakim Rasim Məmmədova verməli olub: “Oyundan qabaq məşq zamanı sürüşərək yerə yıxıldım. Zaqatalaya yağış yağdığı üçün meydança sürüşkən idi. Ayağa qalxdıqdan sonra ağrılar hiss etdim. Bu zaman ağrıkəsici vurdum ki, vəziyyətim yaxşılaşsın. Ancaq bunun faydası olmadı və artıq görüşün əvvəlində ağrılar olduğundan, əvəzlənməyimi məqsədəuyğun saydım. Belə vəziyyətdə oyunu davam etdirə bilməzdim, iddialı klubların görüşündə səhv etməyə haqqım yox idi”.
Əvvəllər də zədə alan Əliyev 2006-cı ildə Azərbaycan kubokunun yarımfinal mərhələsində “Xəzər-Lənkəran”la “Karvan” arasında Lənkəran Olimpiya İdman Kompleksinin stadionunda keçirilən ilk görüşdə analoji halla üzləşib. Həmin vaxt da oyunu yarımçıq tərk etməli olan FİFA referimiz yerini ehtiyat hakim Ceyhun Haşımova vermişdi: “Bu, həmin zədənin təzələnməsi yox, sadəcə, əzələ dartılması idi. Hava soyuq idi və görünür, bu zaman damarda problem yaranıb. Bakıya qayıtdıqdan sonra həkim müayinəsində oldum. Vəziyyətim yaxşılaşıb və artıq 3-4 günə sıraya dönəcəyəm. Mən mətbuatı, qəzetləri, saytları izlədiyim zaman görürəm ki, başıma gələnlər qabardılır, sanki vəlvələ olub. Ancaq əslində, çaxnaşma yaratmağa ehtiyac yoxdur. Hər halda, zədəyə görə əvəzlənməli idim və bunu vaxtında etdim”.
Gənc həmkarının onu layiqincə əvəzlədiyini düşünən Əliyevin fikrincə, “Simurq” - “İnter” oyununda hakimliklə bağlı problem olmayıb: “Mənə elə gəlir ki, bu görüşdə hakimlik qənaətbəxş idi. Oyunun hakim-inspektoru olan komitə sədri Gülağa Cabbarov də bu fikirdədir. Nəzərə almaq lazımdır ki, turnir cədvəlində 1-ci və 3-cü pillələrdə gedən komandalar görüşürdü, Rasim Məmmədov isə gənc hakimdir. O, iki dəqiqənin içində meydana çıxıb, idarəçilik etmək haqda məlumat alır. Bu zaman xüsusilə gənc hakim ilk növbədə psixoloji cəhətdən hazır olmalıdır ki, Rasim da bunu bacardı. Sizə deyim ki, ağır oyun idi, çox çətin şəraitdə keçirdi. Yağış, duman, meydanın sürüşkən olması hakimliyi də çətinləşdirirdi”.
Qeyd edək ki, “Simurq” - “İnter” qarşılaşması 1:1 hesabı ilə nəticələnib.

0
0