“Şəfa” stadionunda 1 günə 2 oyun
02.11.2009 - 16:21
Futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin ilk oyunlarının başlanma saatı müəyyənləşib. Apasport.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, noyabrın 4-də baş tutacaq 8 qarşılaşmadan 4-nün vaxtı dəyişdirilib. Digər 4 görüş isə nəzərdə tutulduğu vaxtda, saat 14:00-da start götürəcək. Çərşənbə günü keçirilən matçların ikisi televiziya vasitəsilə canlı yayımlanacaq. “İdman-Azərbaycan” kanalı “Neftçi” - “Neftçi İSM”, AzTV isə “Bakı” - “Bakılı” qarşılaşmasını göstərəcək. Maraqlıdır ki, həm “İnter”, həm də “Olimpik-Şüvəlan” öz meydanında oynadığından, “Şəfa” stadionu 2 qarşılaşmanı qəbul edəcək.
Azərbaycan kuboku, 1/8 final mərhələsinin ilk oyunları
4 noyabr (çərşənbə)
Saat 14:00. "Olimpik-Şüvəlan" - "Qəbələ"
Saat 14:00. "Qarabağ" - "Şahdağ"
Saat 14:00. "Standard" - "Turan"
Saat 14:00. "Neftçi" - "Neftçi İSM"
Saat 15:00. "Bakı" - "Bakılı"
Saat 17:00. "Xəzər-Lənkəran" - "Muğan"
Saat 18:00. "Simurq" - "Gəncə"
Saat 18:30. "İnter" - "Karvan"
Azərbaycan kuboku, 1/8 final mərhələsinin ilk oyunları
4 noyabr (çərşənbə)
Saat 14:00. "Olimpik-Şüvəlan" - "Qəbələ"
Saat 14:00. "Qarabağ" - "Şahdağ"
Saat 14:00. "Standard" - "Turan"
Saat 14:00. "Neftçi" - "Neftçi İSM"
Saat 15:00. "Bakı" - "Bakılı"
Saat 17:00. "Xəzər-Lənkəran" - "Muğan"
Saat 18:00. "Simurq" - "Gəncə"
Saat 18:30. "İnter" - "Karvan"
0
0