Bakıya gəlmiş məşqçi azarkeşlə söyüşdü
02.11.2009 - 16:44
Bakıya gəlmiş məşqçi azarkeşlə söyüşdü
Ukrayna milli komandasının sabiq baş məşqçisi Oleq Bloxin növbəti dəfə öz hərəkəti ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, qalmaqallı çalışdırıcı bu dəfə indiki komandasının - Odessa “Çernomorets”inin tərəfdarı ilə söyüşüb. Bloxin bir müddət öncə bu kluba idman direktoru təyin edilib. XII turda evdə “Şaxtyor”a 0:1 hesablı məğlubiyyətdən sonra tribunanın altındakı məkana yollanan 57 yaşlı veteran futbolçu kənardan ünvanına təhqiredici ifadələr səsləndirildiyini eşidib. Bunu qulaq ardına vurmayan klub rəsmisi həmin azarkeşə tərəf gedib və onunla “atışıb”. Bloxin sonda “məni belə adlandırmağa imkan vermərəm” deyərək, oradan uzaqlaşıb.

Qeyd edək ki, 2006-cı ilin fevralında Ukrayna milli komandasının baş məşqçisi qismində Bakıya gəlmiş Bloxin Şahin Diniyevin çalışdırdığı yığmamızla yoldaşlıq görüşündə qolsuz heç-heçəyə razılaşıb.