“Axırıncı dəfə nə vaxt qol vurduğumu xatırlamıram”
03.11.2009 - 00:03
“Çox sevinirəm ki, cari mövsümdə ilk het-trikin müəllifi oldum. Vaxtında şans qazansaydım, bunu əvvəl də edə bilərdim”. Bu sözləri apasport.az saytına açıqlamasında Tovuzun “Turan” klubunun hücumçusu Samir Musayev deyib.
Unibank Premyer Liqasında ilk het-trikə Salyanda yerli “Muğan” klubu ilə IX turun matçında Musayev komandasına 3:2 hesablı qələbə qazandırıb. Mövsümlərarası fasilədə “Turan”a keçən 30 yaşlı futbolçu 90 dəqiqə oynadığı ilk görüşdəcə baş məşqçisi Nizami Sadıqovun etimadını doğrultmağı bacarıb: “Açığı, sonuncu dəfə nə vaxt qol vurduğumu xatırlamıram. Bilirəm ki, ötən mövsüm çıxış etdiyim “Olimpik”də qol vurmuşam. Ancaq konkret hansı komandanın qapısına yol tapdığımı xatırlamıram. Het-trikə gəlincə, bu, məndə ilk deyil, bir neçə dəfə olub. Bu hisslər mənə tanışdır. “Qarabağ”ın heyətində buna nail olmuşam. Yadımdadır, Qazaxın “Göyəzən” klubu ilə oyunda 3 qol vurmuşdum. Xeyli vaxtdır qol vurmurdum və çoxdan yığılan enerjimi nəhayət, meydanda ortaya qoydum. “Turan”da ilk dəfədir, 90 dəqiqə oynayıram və öz sözümü deyə bildim. Bundan əvvəl yalnız “Bakı” ilə Tovuzdakı matçda əsas heyətdə meydana çıxsam da, sonradan əvəzlənmişdim”.
İddialı Musayev vurğulayıb ki, rəqiblərinin uzun müddət qapısına yol tapa bilmədiyi “Muğan”a daha çox qol vura bilərmiş: “Həmin oyunda əlimə 5 qol imkanı düşdü və bunun 3-dən yararlandım. Yəni het-trik etməyim nə qədər yaxşı olsa da, daha çox top vura bilərdim. Sadəcə, qol imkanlarından istifadə edə bilmədim. Düzdür, vaxtilə iddialı klublarda oynadığımı nəzərə alsaq, indi autsayderdə çıxış etmək bir az pis təsir edir. Ancaq digər tərəfdən, “Turan” gənc komandadır və indi-indi özünə gəlir. Hesab edirəm ki, turnir cədvəlinin sonlarında qərarlaşsaq belə, hələ “altılığ”a düşmək şansımız var. Belə götürəndə indi turnir cədvəlinin yuxarılarında olan bəzi komandaların “altılığ”a düşmək şansı azdır. Yəni şanslar 50-nin 50-yədir və biz hələ öz sözümüzü deyəcəyik”.
Samir milli çempionatımızda keçirdiyi 263 oyunda 87 dəfə fərqlənib. Hücumçu bu göstəricisini yaxşılaşdırmaq, yenidən mövsümün bombardiri olmaq iddiasındadır: “Mən bir dəfə - “Qarabağ”da oynayan zaman mövsümün bombardiri olmuşam. Yenə də buna nail olmaq istəyirəm. Niyə də yox? Buna gücüm var. Əlbəttə, legioner limitinin götürüldüyü vaxtda mövsümün bombardirinin azərbaycanlı futbolçu olması daha yaxşıdır. Əsas odur ki, oynamağa şans qazanıb. Daha çox ehtiyatda qalsam, istəyimə çata bilməyəcəyəm. Tovuzda olduğum müddətdə çempionatımızda nə qədər qol vurmağımla bağlı statistika ilə maraqlandım. “100-lər klubu”na düşməyim üçün 13 qolum qalıbsa, bunu gerçəkləşdirə bilərəm. Hələ 30 yaşım var. Futbolçu üçün bu nə yaşdır ki? Hələ qarşıda çox oyunlarım var. İnşallah, həm matç sayını 300-ə çatdıraram, həm də vurduğum qolları 100-ə. Təki mənə etimad göstərsinlər”.
Qeyd edək ki, Samir 2003/04 mövsümündə “Qarabağ”ın formasını geyinərkən, 20 qolla çempionatın ən sərrast futbolçusu olub.

0
0