Türkiyə yığmasını əcnəbi məşqçi çalışdıracaq
03.11.2009 - 09:38
Futbol üzrə Türkiyə milli komandasını əcnəbi məşqçi çalışdıracaq. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyə Futbol Federasiyasının milli komandalar üzrə məsulu Levent Qızıl deyib. O, baş məşqçi axtarışlarının tezliklə yekunlaşacağını bildirib.
“Türkiyə yığmasının başına ən uyğun, ən səviyyəli məşqçini gətirəcəyik. Bu baxımdan heç kim narahat olmasın. Yeni baş məşqçinin əcnəbi olacağı tam dəqiqdir. Onun köməkçisi isə türk olacaq” - deyə Qızıl vurğulayıb.
Xatırladaq ki, uzun müddət “ay-ulduzlular”a rəhbərlik etmiş Fatih Terim dünya çempionatının seçmə qrup mərhələsindəki uğursuzluq səbəbindən oktyabrın 14-də milli komandadan ayrılıb.

0
0