Elmar Baxşıyev: MOİK-ə keçmək ehtimalı yaranarsa...
03.11.2009 - 10:05
“Karvan”la qarşılaşmanı televiziya vasitəsilə canlı izlədim. Qələbə qazandığımız üçün çox şadam. Növbəti oyunlarda da “Neftçi”yə uğurlar arzulayıram”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi”nin futbolçusu Elmar Baxşıyev klubun rəsmi saytına açıqlamasında deyib.
Milli komandamızın da şərəfini qoruyan 29 yaşlı futbolçu bu aydan etibarən Mingəçevirdəki N saylı hərbi hissədə əsgəri borcunu yerinə yetirir. “Neftçi” rəhbərliyinin ona göstərdiyi qayğıya görə minnətdar olan Elmar Unibank Premyer Liqasının son turunda evdə “Karvan” üzərində qazanılan qələbə (2:0) münasibətilə təbriklərini çatdırıb. Baxşıyev Mərkəzi Ordu İdman Klubuna (MOİK) mümkün keçidi ilə bağlı yayılan xəbərlərə də münasibətini bildirib: “Karyeramı “Neftçi”də davam etdirmək istəyirəm. Bu klub mənə doğmadır. MOİK-ə keçmək ehtimalı yaranarsa, icarə əsasında olsa belə, “Neftçi”də oynamaq istərdim”.

0
0