“Olimpik-Şüvəlan”ın futbolçusu psixi xəstədir?
03.11.2009 - 10:42
“Viktor İbekoyini Azərbaycana mən gətirmişəm. O, psixi xəstədir. Gedib Nigeriyada nə düşünübsə, müxtəlif şayiələr yaymağa başlayıb. Belə bir ehtimal var ki, futbolçunun Nigeriyada kiməsə borcu var, buna görə də onu orada girov götürüblər”. Apasport.az saytının məlumatına görə, bu sözləri futbol meneceri Bəxtiyar Gülməmmədov deyib.
Nigeriyalı hücumçu Viktor İbekoyinin Azərbaycana gəlməsində vasitəçi olan menecer son vaxtlar müştərisi ilə bağlı yayılan xəbərlərə münasibətini açıqlayıb. Məsələ burasındadır ki, 23 yaşlı futbolçu bu ilin yayında “Turan”dan “Olimpik-Şüvəlan”a transfer olunub. Yeni komandası ilə bir illik müqavilə bağlayan Viktor sonradan rəhbərlikdən icazə alaraq, Nigeriyaya istirahətə yollanıb. Lakin həmin vaxtdan bəri o, ölkəmizə qayıtmayıb. Vətənində hansı səbəbdən yubandığı bilinməyən futbolçu barədə müxtəlif məlumatlar yayılmaqdadır. İbekoyinin başına nə gəlibsə, hücumçu nəinki “Olimpik-Şüvəlan” rəsmilərinin, heç menecerinin də zənglərinə cavab vermir.
“Bir-iki dəfə ona zəng vurdum, telefona cavab vermədi. Əgər Bakıda kimsə Viktora hədə-qorxu gəlsəydi, təzyiq göstərsəydi, bunu mənə telefon vasitəsilə çatdırardı. Deməli, bunlar boş söhbətlərdir. Ancaq babal yumaq istəmirəm. İbekoyi Azərbaycanda olduğu müddətdə polislərlə bir neçə dəfə problem yaşayıb. Bildiyimə görə, kirayədə yaşadığı evin sahibini aldadıb. Bir sözlə, o, normal adam deyil” - deyə Gülməmmədov vurğulayıb.
Qeyd edək ki, İbekoyi vaxtilə “Qarabağ”ın da şərəfini qoruyub. Bu ilin yayında Nigeriyaya yollanıb, geri qayıtmadığından yeni klubu “Olimpik-Şüvəlan”da debüt edə bilməyib.
Mənbə: “Futbol+” qəzeti

0
0