AFFA-dan səfərbərlik
03.11.2009 - 10:51
AFFA-dan səfərbərlik
Azərbaycan kuboku uğrunda yarışın 1/8 final mərhələsinin ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. Apasport.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, AFFA Hakimlər Komitəsi sabah keçiriləcək qarşılaşmalara təyinat alan 32 ədalət təmsilçisinin adını açıqlayıb. Bütün görüşlərin eyni gündə keçirilməsi üzündən komitə təkcə Unibank Premyer Liqasının deyil, həm də aşağı dəstə və əvəzedicilərin yarışında şans qazanan hakimləri sabahkı matçlara səfərbər edib.

4 noyabr (çərşənbə)

"Simurq" - "Gəncə"
Hakimlər:
Elvin Əsgərov, Azad Ə.Hüseynov, Zeynal Zeynalov, Müslüm Mövludov
Zaqatala şəhər stadionu. Saat 18:00

"Olimpik-Şüvəlan" - "Qəbələ"
Hakimlər:
Azad Mütəllimov, Roman Vasilyev, İsgəndər Əliyev, Rasim Məmmədov
"Şəfa" stadionu. Saat 14:00

"Qarabağ" - "Şahdağ"
Hakimlər:
Rauf Cabbarov, Azad Q.Hüseynov, Şakir Quliyev, Etibar Həsənov
Quzanlı qəsəbə stadionu. 14:00

"Xəzər-Lənkəran" - "Muğan"
Hakimlər:
Elnur Muradov, Orxan Məmmədov, Habil Əliyev, Feyzulla Feyzullayev
Lənkəran şəhər mərkəzi stadionu. Saat 17:00

"Bakı" - "Bakılı"
Hakimlər:
Hacıəli Ağayev, Ruslan Babayev, Elman Kərimov, Anar Göyçayski
T.Bəhramov adına Respublika stadionu. Saat 15:00

"Standard" - "Turan"
Hakimlər:
Rövşən Əhmədov, Samir Hacıyev, Həsən Babayev, Ceyhun Haşımov
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 14:00

"Neftçi" - "Neftçi İSM"
Hakimlər:
Zöhrab Əliyev, Vasif Məmmədov, Elşən Acalov, Yuriy Sıqanov
İ.Qayıbov adına Bakıxanov qəsəbə stadionu. Saat 14:00

"İnter" - "Karvan"
Hakimlər:
Anar Salmanov, Aydın Ələkbərov, Mübariz Haşımov, Ramil Diniyev
"Şəfa" stadionu. Saat 18:30