“Neftçi” itirə-itirə gedir
03.11.2009 - 11:04
Bakının "Neftçi" klubu Azərbaycan kubokunun 1/8 final mərhələsinin ilk oyununa itkilərlə hazırlaşır. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi "Neftçi İSM" ilə qarşılaşmada 3 futbolçusunun xidmətindən yararlana bilməyəcək.
Bir müddət əvvəl Türkiyədə əməliyyat olunan "Neftçi"nin kapitanı Zaur Tağızadə, həmçinin hərbi xidmətə yollanan Elmar Baxşıyevin ardından Leonard Naydinin də sıradan çıxdığı məlum olub. Belə ki, Unibank Premyer Liqasının “Karvan”la son oyununda zədələnən yarımmüdafiəçi hələ də məşqlərə qatıla bilmir. Müayinədən sonra onun sol budunun iç əzələsinin yuxarı 1/3 hissəsinin qırıldığı məlum olub.
Klub həkimi Tofiq Qasımov rumıniyalının 10 gün müalicə olunmasını zəruri hesab edir. Naydinin ölkə çempionatının X turunun "Xəzər-Lənkəran"la oyunda meydana çıxması da sual altındadır.

0
0