Mübariz Mənsimov “Beşiktaş”a 30 milyon dollarlıq futbolçu alacaq
04.11.2009 - 11:33
“Klub prezidenti seçkilərində Yıldırım Dəmirörənin tərəfində olacağam. Seçkilərdə iştirak edəcək Türkiyə təmsilçim də indiki rəhbərliyi dəstəkləyəcək”. Apasport.az saytının Türkiyənin “Fanatik” qəzetinə istinadən məlumatına görə, bu sözləri “Palmali” Şirkətlər Qrupunun rəhbəri, “Xəzər-Lənkəran” futbol klubunun fəxri prezidenti Mübariz Mənsimov deyib.
Azərbaycanlı iş adamı Çempionlar Liqasının qrup mərhələsinin IV turu çərçivəsində İstanbulun “İsmət İnönü” stadionunda keçirilmiş “Beşiktaş” - “Volfsburq” (0:3) matçını canlı izləyib. Mənsimov bu oyunda məğlubiyyətdən qəzəblənən yerli azarkeşlərin “Beşiktaş”ın prezidenti Yıldırım Dəmirörəni təhqir etmələrinə münasibət bildirib. O, fanatların fikri ilə razılaşmayaraq, Dəmirörənin prezident vəzifəsini davam etdirməsinin məqsədəuyğunluğunu söyləyib. Eyni zamanda, Mənsimov İstanbul klubuna maddi yardım edəcəyini də nəzərə çatdırıb: “Bundan sonra “Beşiktaş”da daha fəal rol oynayacağam. Maddi məsələlərdə “qara qartallar” üçün bütün qapıları sonadək açacağam”.
“Fanatik” qəzetinin yazdığına görə, Mübariz Mənsimov Dəmirörənə 30 milyon ABŞ dollarından baha dünya səviyyəli futbolçu alacağını söz verib.
Qeyd edək ki, “Beşiktaş” - “Volfsburq” qarşılaşmasını Mənsimov və Dəmirörənlə yanaşı, sonuncunun həyat yoldaşı Revna Dəmirörən, Türkiyə Futbol Federasiyasının prezidenti Mahmud Özgənər, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın qardaşı Mustafa Ərdoğan, həmçinin həmyerlimizlə yaxşı münasibətlərdə olan, ölkəmizə də səfər etmiş türkiyəli futbol adamı İhsan Kalkavan da izləyib.

0
0