Şok açıqlama: “Qızıl top”a Lionel Messi layiq deyil!
04.11.2009 - 12:18
Madrid “Real”ının qapıçısı İker Kasilyas şok açıqlama verib. Apasport.az saytının məlumatına görə, 28 yaşlı ispaniyalı Avropanın ən yaxşı futbolçusu üçün təsis olunan “Qızıl top” mükafatına “Barselona”lı Lionel Messinin layiq olmadığını bildirib.
Kasilyas deyib ki, “Qızıl top”a Messidən daha çox “Barselona”nın digər oyunçuları Andreas İnyesta və Xavi Ernandes layiqdir. Onun fikrincə, İnyesta və Ernandes İspaniya yığmasının heyətində Avropa çempionu titulunu qazanıblar: “Messi isə hələ də ölkəsinə bir çempionluq titulu qazandırmayıb”.
Qeyd edək ki, 1956-cı ildən bəri təqdim olunan “Qızıl top” mükafatı ötən il “Mançester Yunayted”in portuqaliyalı yarımmüdafiəçisi Kriştianu Ronaldoya verilib. Həmin vaxt ikinci yeri Messi tutmuşdu. 2009-cu ildə isə əksəriyyət məhz Lionel Messinin qalib gələcəyini düşünür. Çünki argentinalı bu il “Barselona”nın heyətində bütün mümkün titullara - Çempionlar Liqası kubokuna, İspaniya çempionluğuna, İspaniya kubokuna, İspaniya Superkubokuna və UEFA Superkubokuna sahib çıxıb.

0
0