“Terek” rəhbərliyi Diniyevin əvəzinə SSRİ yığmasının oyunçusunu gətirir
04.11.2009 - 13:21
“Terek” rəhbərliyi Diniyevin əvəzinə SSRİ yığmasının oyunçusunu gətirir
Qroznının “Terek” klubunun rəhbərliyi cari mövsümün sonunadək baş məşqçi postunu tapşırdığı Şahin Diniyevə əvəzləyici axtarır. Apasport.az saytının məlumatına görə, klub prezidenti Ramzan Kadırov vitse-prezident Haydar Alxanovla görüşündə baş məşqçi vəzifəsinə namizədlərlə maraqlanıb. Alxanov Rusiya mətbuatına açıqlamasında bildirib ki, hazırda bir mütəxəssislə danışıqlar aparılır: “O, ölkəmizdə çox tanınıb. Vaxtilə SSRİ yığmasında oynayıb, məşqçilik fəaliyyətində yüksək nailiyyətlər qazanıb. Ümid edirik ki, danışıqların nəticəsi iki həftədən sonra məlum olacaq”.

Vitse-prezidenti eyni zamanda vurğulayıb ki, “Terek” istənilən halda, cari mövsümü Şahin Diniyevin rəhbərliyi altında başa vuracaq: “Diniyev buna qədər çalışdırdığı əvəzedici komandamızı gücləndirib. Bugünkü uğurlar məşqçilər korpusumuzun ağıllı və mükəmməl işinin nəticəsidir”.

Qeyd edək ki, Kadırov Çeçenistan prezidenti, Alxanov isə bədən tərbiyəsi, idman və turizm naziridir.