Azərbaycanlı futbolçu məşhur müğənninin konsertində
04.11.2009 - 13:44
Azərbaycanlı futbolçu məşhur müğənninin konsertində
Azərbaycanlı futbolçu, Rusiyanın “Moskva” klubunun üzvü Aleksandr Səmədov məşhur amerikalı müğənni Beyonsun konsertində iştirak edib. Apasport.az saytının məlumatına görə, 26 yaşlı soydaşımız Moskvada “Olimpiyski” manejində keçirilən konsertə komanda yoldaşı Aleksey Rebko ilə birgə yollanıb. Rebko ötən ay Bakıya gəlib, Rusiya yığmasının əsas heyətində Tofiq Bəhramov adına Respublika stadionunda milli komandamıza qarşı keçirilmiş rəsmi oyunda (1:1) meydana çıxıb. Səmədovla Rebko pop ulduzun konsertinə xanımları ilə birgə baş çəkiblər. Ancaq onlar yalnız konsertin sonuna çata biliblər. Gənclər ilk sıralarda yer alıblar ki, ora biletlər 11 min rubla (təxminən 400 ABŞ dolları) satılıb.

Qeyd edək ki, qadın qrupunda çıxışı ilə tanınan 28 yaşlı Beyons son vaxtlar solo fəaliyyət göstərir. O, dünyada ən çox tələb olunan müğənnilərdən biridir.