Kim məşqçi olmaq istəyir?
05.11.2009 - 11:20
Kim məşqçi olmaq istəyir?
AFFA növbəti dəfə məşqçilik kursları təşkil edir. Apasport.az-ın assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, noyabrın 9-da qurumun Futbol Akademiyasında C və B kateqoriyalı məşqçi kursları başlanacaq. Məşqçi olmaq istəyən hər bir şəxs ödənişli kurslara qatıla bilər. C kateqoriyası üzrə təhsil haqqı 500 manat, B kateqoriyalı kurslarda iştirak isə 1000 manatdır.