PFL derbinin vaxtını açıqladı
05.11.2009 - 11:50
Azərbaycan Premyer Liqasının X turunun oyunlarının başlanma saatı müəyyənləşib. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, həftəsonu keçiriləcək çempionat qarşılaşmalarından ikisinin vaxtı dəyişdirilib. Hər gün 1 görüşün saatının geri çəkilməsi məqsədəuyğun sayılıb. Bu, mərkəzi oyunlara şamil edilib. Belə ki, noyabrın 7-də turnir cədvəlinin ilk 2 pilləsində qərarlaşan “İnter” və “Qarabağ” münasibətlərini digər matçlar bitdikdən sonra ayırd edəcəklər. Ertəsi gün isə son 5 ilin ən prinsipial rəqibləri “Xəzər-Lənkəran”la “Neftçi”nin derbisi həftənin axırıncı oyunu olacaq.
7 noyabr (şənbə)
14:00. "Bakı" - "Karvan"
T.Bəhramov adına Respublika stadionu
14:00. "Qəbələ" - "Muğan"
Qəbələ şəhər stadionu, süni örtüklü meydança
17:15. "İnter" - "Qarabağ"
"Şəfa" stadionu
8 noyabr (bazar)
14:00. "Olimpik-Şüvəlan" - "Simurq"
"Şəfa" stadionu
14:00. "Turan" - "Standard"
Tovuz şəhər stadionu
17:00. "Xəzər-Lənkəran" - "Neftçi"
Lənkəran şəhər mərkəzi stadionu
7 noyabr (şənbə)
14:00. "Bakı" - "Karvan"
T.Bəhramov adına Respublika stadionu
14:00. "Qəbələ" - "Muğan"
Qəbələ şəhər stadionu, süni örtüklü meydança
17:15. "İnter" - "Qarabağ"
"Şəfa" stadionu
8 noyabr (bazar)
14:00. "Olimpik-Şüvəlan" - "Simurq"
"Şəfa" stadionu
14:00. "Turan" - "Standard"
Tovuz şəhər stadionu
17:00. "Xəzər-Lənkəran" - "Neftçi"
Lənkəran şəhər mərkəzi stadionu
0
0