Berti Foqts üçün Dubay vaxtı
05.11.2009 - 12:42
Berti Foqts üçün Dubay vaxtı
Futbol üzrə Azərbaycan milli komandasının Birləşmiş Ərəb Əmirliklərində beynəlxalq turnir çərçivəsində keçirəcəyi oyunların başlanma vaxtı dəqiqləşib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Berti Foqtsun yetirmələrinin Dubayda İraq yığması ilə görüşü noyabrın 15-də saat 16:45-də başlanacaq. Həmin gün saat 19:30-da meydan sahibləri Çexiya yığması ilə qüvvəsini sınayacaq. Bu cütlərin məğlubları noyabrın 18-də saat 16:45-də, qalibləri isə saat 19:30-da həlledici oyunda üz-üzə gələcəklər.

Qeyd edək ki, noyabrın 12-də Dubaya yola düşəcək yığmamız “Əl-Ayn Sports & Cultural Club” stadionunda məşq edəcək, oyunlarını isə “Tahnoun Bin Mohammed” arenasında keçirəcək.