“Rubin” komandası “Barselona”nın tarixinə düşdü - STATİSTİKA
05.11.2009 - 17:43
Rusiyanın “Rubin” klubu Çempionlar Liqasının (ÇL) son qalibi “Barselona”nın tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, “Rubin” Kataloniya təmsilçisinin ÇL-də iki oyunun ümumi nəticəsinə əsasən, üstələyən 10-cu komanda olub. “Barselona” turnirin qrup mərhələsi çərçivəsində iki həftə öncə “Nou Kamp”da kazanlılara uduzub. Bu, “Rubin”in debüt mövsümünü keçirdiyi ÇL-də ilk qələbəsi olub. Acı məğlubiyyətin əvəzini Kazanda da çıxa bilməyən ispanlar qolsuz heç-heçə ilə kifayətləniblər. Nəticədə Qurban Berdıyevin çalışdırdığı komanda belə bir adlı-sanlı rəqibə uduzmayaraq, 4 xal qazanıb.
Bu göstəricidə rekord “Rubin”in qarşıdakı rəqibi Kiyev “Dinamo”suna məxsusdur. Ukraynanın ən titullu klubunun 12 il öncə Lui van Qalın “Barsa”sını hər iki oyunda böyük hesabla üstələməsi bütün dünyada geniş əks-səda doğurmuşdu. “Dinamo”nun hazırkı lideri, həmin vaxt isə cəmi 21 yaşı olan hücumçu Andrey Şevçenkonun “Nou Kamp”da etdiyi het-trik indiyədək yaddaşlardan silinməyib.
Qeyd edək ki, ÇL-in reqlamentinə görə, şəxsi oyunlar əsas götürüldüyü üçün hazırda “Rubin” eyni xala (4 xal) malik “Barselona”nı qrupda qabaqlayır.
“Barselona”nın Çempionlar Liqasında iki oyunun nəticəsinə görə uduzduğu oyunlar

Xal | Mövsüm | Mərhələ | Rəqib | Oyunlar |
0 | 1997/98 | Qrup mərhələsi | “Dinamo” K | 0:3 (səfərdə), 0:4 (evdə) |
0 | 1998/99 | Qrup mərhələsi | “Bavariya” | 0:1 (s), 1:2 (e) |
1 | 1994/95 | Qrup mərhələsi | “Höteborq” | 1:2 (s), 1:1 (e) |
1 | 2000/01 | 1-ci qrup mərhələsi | “Milan” | 0:2 (e), 3:3 (s) |
1 | 2001/02 | 2-ci qrup mərhələsi | “Roma” | 1:1 (e), 0:3 (s) |
1 | 2001/02 | Yarımfinal | “Real” | 0:2 (e), 1:1 (s) |
1 | 2002/03 | Yarımfinal | “Yuventus” | 1:1 (s), 1:2 (e) |
1 | 2006/07 | Qrup mərhələsi | “Çelsi” | 0:1 (s), 2:2 (e) |
1 | 2007/08 | Yarımfinal | “Mançester Y” | 0:0 (e), 0:1 (s) |
1 | 2009/10 | Qrup mərhələsi | “Rubin” | 1:2 (e), 0:0 (s) |
0
0