Mumuya çevrilən “Bakı”lı - FOTO
06.11.2009 - 00:02
“Geydiyim formanın arxasında ad və soyadımın əvəzinə Mumu yazılması təsadüfi deyil. Çünki hamı məni belə çağırır”. Bunu apasport.az saytına açıqlamasında “Bakı” klubunun gürcüstanlı yarımmüdafiəçisi Amiran Muciri deyib.
Üç ildir “zolaqlılar”ın şərəfini qoruyan 35 yaşlı futbolçu Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində “Bakılı” ilə ilk oyunda diqqət mərkəzinə düşüb. Belə ki, Tofiq Bəhramov adına Respublika stadionunda birinci dəstə təmsilçisi üzərində qazanılan 6:0 hesablı qələbədə iştirak edən Amiran həmişəki kimi, 10 nömrəli formanı geyinsə də, arxasında soyadı yox, Mumu yazılıb. Ancaq Muciri bildirib ki, bu ləqəbin rusiyalı yazıçı Yevgeni Turgenevin məşhur qəhrəmanı olan Mumu ilə heç bir bağlılığı yoxdur: “Bu, sadəcə, bir təsadüfdür. Əlbəttə, Turgenevin “Mumu” əsərini hələ məktəbdə təhsil aldığım zaman oxumuşam. Məni hələ vətənimdə, uşaqlıqdan belə çağırırlar. Elə indiki komanda yoldaşlarım da mənə Mumu deyir”.
Bu adın tarixçəsindən danışan Amiran bildirib ki, Gürcüstanda kimin soyadı Muciridirsə, onu Mumu çağırırlar: “Bu, həm Rusiyada, həm də ondan kənarda çıxış edən həmsoyadlarıma da aiddir. Mən bu ada öyrəşmişəm. Artıq bu ləqəb mənə doğmalaşıb. “Bakı”da yeni formalarının arxası yazılanda ora bu adı yazmağı tapşırdım. Fikirləşdim ki, bir dəyişiklik olsun. Hər halda, Mumu adı mənə yad deyil. Məni yalnız pasportla, sənədlə, rəsmi yerlərdə Muciri, yaxud Amiran çağırırlar. Qalan zamanlar həmişə Mumu çağırılmağa öyrəşmişəm. Həm də Mumu adı Amiran, yaxud Muciri ilə müqayisədə qısadır. Yəni belə tələffüz daha asandır. Meydanda məndən ötürmə istəyən komanda yoldaşı sadəcə, Mumu deyə bilər”.
Təcrübəli gürcü futbolçunun sözlərinə görə, “Bakı” komandasının əcnəbi məşqçiləri ona Mumu deməyiblər: “Makedoniyalı keçmiş baş məşqçimiz Qyoko Hacıyevski məni öz adımla çağırırdı. Elə indiki çalışdırıcımız Bülənt Korkmaz da mənə Muciri deyir. Kim mənə Mumu müraciət edirsə, bunda problem görmürəm. Mən bunu normal qarşılayıram”.
Foto Rafael İbadova məxsusdur.

0
0